APA-nın Şəki-Zaqatala Bürosu |
|
|
|
|
|
|
|
|
|
|
|
|
Siyasi, Hadisə, Maraqlı
Azərbaycanın Qəbələ rayonunda baş verən qar uçqunu nəticəsində bir nəfər ölüb
Hafiz Heydərov tarih 03.03.2008, 15:15 (UTC) | | Qəbələ. Hafiz Heydərov-APA. Qəbələ rayonunun Qəmərvar kəndində qar uçqunu olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, kənd sakini Elçin Mustafayev qar uçqununun altında qalaraq ölüb.
Qəbələ Rayon Prokurorluğundan APA-nın Şəki-Zaqatala bürosuna bildirilib ki, hadisə martın 2-də Sərixan yaylağı adlanan dağlıq ərazidə baş verib. Odun qırmaq üçün dağa gedən Qəmərvar kənd sakini, 1964-cü il təvəllüdlü Elçin Mustafayev qar uçqunun altında qalıb. Mərhumun cəsədi uçqunun altından çıxardılaraq ailəsinə təhvil verilib. Faktla bağlı Qəbələ rayon Prokurorluöunda araşdırma aparılır. | | |
|
Azərbaycan ərazisinə heroin keçirmək istəyən Gürcüstan vətəndaşı saxlanılıb
Hafiz Heydərov tarih 29.02.2008, 16:33 (UTC) | | Balakən. Hafiz Heydərov-APA. Azərbaycan gömrükçüləri Gürcüstandan ölkə ərazisinə heroin keçirmək istəyən Gürcüstan vətəndaşını saxlayıblar.
Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən rayon Polis Şöbəsindən (RPŞ) məlumat verilib. Məlumatda bildirilir ki, Balakənin Mazım kəndində yerləşən gömrük buraxılış məntəqəsində Azərbaycan ərazisinə keçmək istəyən gürcü vətəndaşı Vasili Sasitaşvilinin üzərinə baxış keçirilərkən ondan 2 qram heroin aşkar edilərək götürülüb. V. Sasitaşvili saxlanılıb, faktla bağlı araşdırma aparılır. | | |
|
Zaqatala rayonunda narkotik maddə satışı ilə məşğul olan erməni həbs edilib
Hafiz Heyderov tarih 21.02.2008, 12:17 (UTC) | | Zaqatala. Hafiz Heydərov-APA. Zaqatala polisi narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan erməni əsilli rayon sakinini həbs edib.
Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Zaqatala rayon Polis Şöbəsindən məlumat verilib. Polis bölməsinə daxil olan məlumat əsasında aparılan əməliyyat nəticəsində rayonun Car kənd sakini, əslən erməni olan Sergey Yaralovun üzərindən 329.56 qram qurudulmuş marixuana aşkar edilərək götürülüb. Faktla əlaqədar araşdırmalar davam edir. | | |
|
Azərbaycanın Balakən rayonunda MTN-lə polis xüsusi əməliyyat keçirib, xeyli miqdarda qadağan olunmuş dini ədəbiyyat və video kaset aşkar olunub
Hafiz Heyderov tarih 21.02.2008, 10:48 (UTC) | | Balakən. Hafiz Heydərov-APA. Milli Təhlükəsizlik Nazirliyi (MTN) Balakən Rayon Polis Şöbəsi (RPŞ) ilə birgə rayonda xüsusi əməliyyat keçirib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna Balakən RPŞ-nin rəis müavini Loğman İsmayılov məlumat verib.
Keçirilən əməliyyat zamanı rayonda radikal dini qruplaşmaların üzvü olmaqda şübhəli bilinən şəxslərin mənzillərində axtarış aparılıb. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Şanbul kənd sakini, 1953-cü il təvəllüdlü Mahama Çixinovun mənzilindən 313 ədəd qadağan olunmuş dini ədəbiyyat və 12 ədəd video kaset aşkar edilərək götürülüb. Bundan başqa, rayonun Xalatala kənd sakini, 1965-ci il təvəllüdlü İdris Çitiyevin mənzilində axtarış aparılarkən oradan da müxtəlif adda 107 ədəd qadağan olunmuş dini ədəbiyyat və 1 ədəd video kaset götürülüb. Faktla əlaqədar Balakən RPŞ-də və MTN-in rayon şöbəsində araşdırma aparılır. | | |
|
DİN Daxili Qoşunların “N” saylı hərbi hissəsi tarixi mədəniyyət abidəsi olan Zaqatala qalasından başqa yerə köçürüləcək
Hafiz Heyderov tarih 16.02.2008, 15:16 (UTC) | | Zaqatala. Hafiz Heydərov-APA. Azərbaycan Respublikası Daxili Qoşunlarının (DQ) Zaqatalada yerləşən “N” saylı hərbi hissəsi mədəniyyət abidəsi olan Zaqatala qalasından çıxardılacaq.
Zaqatala rayon İcra Hakimiyyətindən (RİH) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu proses 2008-ci ilin sonlarında həyata keçiriləcək. Artıq Daxili Qoşunlara məxsus hərbi hissənin yerləşəcəyi yer müəyyən olunub və bu məqsədlə şəhərdən aralı 15 hektar torpaq sahəsi ayrılıb. RİH-dən həmçinin bildirilib ki, bu istiqamətdə aparılan hazırlıq işləri artıq başa çatmaq üzrədir və mart ayında hərbi hissənin tikintisinə başlanılacaq. Zaqatala qalası isə sırf tarixi abidə kimi turizm mərkəzinə çevriləcək. Qeyd edək ki, Zaqatala qalası isə 19-cu əsrə aid tarixi abidədir və onun hərbi məqsədlər üçün istifadəsi Azərbaycan qanunvericiliyinə ziddir.
| | |
|
“Afrika Taunu” xəstəliyi ilə bağlı Azərbaycanın Qəbələ rayonunun Nic kəndində donuzların kütləvi məhvinə başlanılıb
Hafiz Heydərov tarih 09.02.2008, 14:10 (UTC) | | Hafiz Heydərov-İlhamə İsabalayeva-APA. Azərbaycanın Qəbələ rayonunun Nic kəndində donuzların kütləvi məhvinə başlanılıb. Rayonun Nic qəsəbəsinin baytar həkimi Semin Balasimanın APA-nın Şəki-Zaqatala bürosuna verdiyi məlumata görə, donuzların kütləvi məhv edilməsi Kənd Təsərrüfatı Nazirliyinin xüsusi göstərişinə əsasən həyata keçirilir, buna səbəb isə donuzlarda “Afrika taunu” xəstəliyinin aşkar edilməsidir.
S. Balasimanın dediyinə görə, artıq bu kənddə xəstəlikdən ölən donuzların sayı 250 başı keçib. Xəstəliyin yayılmasının qarşısını almaq məqsədi ilə bu gündən şəxsi fermer təsərrüfatlarında olan donuzların məhvinə başlanılıb. Baytar həkimin sözlərinə görə məhv edilmiş heyvanlar 4 metr dərinlikdəki quyuda yandırılaraq basdırılır.
Donuzların kütləvi məhv edilməsi isə kənd sakinlərinin, eləcə də şəxsi fermer sahiblərinin ciddi narazılığına səbəb olub. Onlar bunun müqavilində dövlətdən kompensasiya tələb edirlər.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin mətbuat xidmətinin rəhbəri Yolçu Xanvəli də APA-ya bu gündən Qəbələ rayonun Nic kəndindəki şəxsi və fermer təsərrüfatlarında olan donuzların məhvinə başlanılması xəbərini təsdiqləyib. Onun sözlərinə görə, “Afrika taunu” xəstəliyinin aşkarlanması ilə əlaqədar xəstə olub-olmamasından asılı olmayaraq, bu kənddəki bütün donuzlar məhv ediləcək. Y. Xanvəli bildirib ki, DBX “Afrika taunu” xəstəliyinin başqa kəndlər keçməsinin qarşısını almaq üçün belə tədbir görmək qərarına gəlib. Donuzların məhvi yekunlaşdıqdan sonra Qəbələ rayon Epizoodiya Əleyhinə Fövqəladə Komissiyanın nümayəndələrinin iştirakı ilə donuzçuluq təsərrüfatı olan fermerlərə kompensasiya ödəniləcək.
Qeyd edək ki, Nic kəndində fərdi və şəxsi fermer təsərrüfatlarında 4750 baş donuz olub. | | |
|
|
|
|
|
|
|
|
Bugün 14 ziyaretçiXOŞ GƏLMİSİZ! |
|
|
|
|
|
|
|