Hafiz Heydərov
   
  APA-Zaqatala
  Xəbərlər
 
Siyasi, Hadisə, Maraqlı
Zəhərlənmə faktı ilə xəstəxanaya çatdırılan Şəki rayon sakinlərinin sayı 9-a çatıb
Hafiz Heyder tarih 22.12.2007, 07:51 (UTC)
 Şəki rayon Mərkəzi Xəstəxanasına (RMX) zəhərlənmə faktı ilə çatdırılan rayonun Cuma kənd sakinlərinin sayı 9-a çatıb. Zəhərlənənlərin hamısı Səlimovlar ailəsinin üzvüdür. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, onlardan üçünün vəziyyəti olduqca ağırdır. RMX-nın yoluxucu xəstəliklər şöbəsinin həkimi Arif Səmədov bildirib ki, vəziyyəti ağır olan ailə üzvlərindən Şərif, Teyyub və Elşən Səlimovlar reanimasiya şöbəsinə yerləşdiriliblər. Həkim adıçəkilən xəstələrin “Batulizm” xəstəliyinin çox ağır formasını keçirdiklərini, onları bu vəziyyətdən çıxarmaq üçün intensiv terapiya işləri aparıldığını bildirib.
Qeyd edək ki, bu il dekabrın 14-də Cuma kənd sakinləri, Səlimovlar ailəsinin 7 üzvü zəhərlənmə diaqnozu ilə RMX-a daxil olub. Səlimovlar ailəsinin evdə hazırlanan pomidor konservindən zəhərləndiyi güman edilir. Onlardan 7-nin vəziyyəti dərhal pisləşib və xəstəxanaya çatdırlıb. Zəhərlənmə təsirini digər 2 nəfərdə bir neçə gün sonra göstərib. Həmin 2 nəfər isə 3 gün sonra MRX-a gətirilib. /APA/
 

Zaqatalanın Makov kəndində yeni məktəb binası istifadəyə verilib
Hafiz Heyder tarih 22.12.2007, 07:50 (UTC)
 Bu gün Zaqatalanın Makov kəndində yeni məktəb binasının açılış mərasimi keçirilib. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, 240 yerlik yeni məktəb binası Heydər Əliyev Fondunun maliyyə vəsaiti hesabına inşa edilib. Mərasimdə çıxış edən rayon İcra Hakimiyyəti başçısı Asif Əsgərov rayonda aparılan quruculuq və abadlıq işlərindən danışıb. İcra başçısı kənd sakinlərinin problemləri ilə yerində tanış olub. /APA/
 

İdarə etdiyi avtomobili ağaca çırpan Şəki sakini həlak olub
Hafiz Heyder tarih 22.12.2007, 07:44 (UTC)
 Şəkidə baş vermiş ağır yol-qəzası nəticəsində 18 yaşlı rayon sakini həlak olub. APA-nın Şəki-Zaqatala bürosunun məlumatına görə, hadisə ötən gecə rayonun Biləcik kəndi ərazisində baş verib. 1989-cu il təvəllüdlü Şəki rayon sakini Maral Məhərrəmova idarə etdiyi “Toyota” markalı 10 BV 504 dövlət nömrə nişanlı avtomobili yüksək sürətlə yol kənarındakı ağaca çırpıb. Qəza nəticəsində M. Məhərrəmova hadisə yerindəcə keçinib. Maşında olan 17 yaşlı sərnişin Təranə Nəbiyeva isə ağır bədən xəsarəti ilə Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Xəstəxanadan verilən məlumata görə, onun vəziyyəti olduqca ağırdır. Faktla bağlı Şəki Rayon Polis Şöbəsində araşdırma aparılır. /APA/
 

Şəkidə yaşı 300 ildən çox olan çinar ağaclarını kəsənləri polis axtarır
Hafiz Heyder tarih 15.12.2007, 14:10 (UTC)
  Şəki rayonu ərazisində 300 ildən çox yaşı olan ağaclar naməlum şəxslər tərəfindən kəsilib. Bu barədə APA-nın Şəki-Zaqatala bürosuna rayon sakinləri məlumat verib.



Sakinlərin dediyinə görə, ötən gecə rayonun Arıçılıq təsərrüfatı ərazisində 300-dən çox yaşı olan çinar ağacları kəsilib. Naməlum şəxslər ağacların bir neçəsini ərazidən aparmağa nail olsalar da, ən yaşlı ağacı texnika ilə aparmağa nail olmayıblar.
Hazırda Şəki rayon İcra Hakimiyyəti və rayon Polis Şöbəsi təbiətə ziyan vuranların tapılması üçün axtarış aparır. /APA/
 

“Qızıl axtaranlar” Qax rayonunun İlisu kəndi ərazisindəki körpüdə qanunsuz qazıntı işləri aparıblar
Hafiz Heyder tarih 12.12.2007, 13:14 (UTC)
 “Qızıl axtaranlar” Qax rayonunun İlisu kəndi ərazisindəki körpüdə qanunsuz qazıntı işləri aparıblar
Dekabrın 9-da naməlum şəxslər Qax rayonunun İlisu kəndi ərazisindəki körpüdə qazıntı işləri aparıblar.
Qax rayon İcra Hakimiyyətinin şöbə müdiri Məhərrəm Məhərrəmov APA-nın Şəki-Zaqatala bürosuna bildirib ki, bazar günü Kürmük çayının üzərindəki XVIII əsrə aid Ulukörpü adlanan körpünün giriş hissəsi naməlum şəxslər tərəfindən qazılıb. Güman olunur ki, qazıntı aparanlar burada qızıl tapıblar. Bu barədə RİH-ə informasiya daxil olan kimi dərhal Qax rayon Polis Şöbəsi məlumatlandırılıb. Hazırda RPŞ-də faktla bağlı əməliyyat-axtarış tədbirləri aparılır. Naməlum şəxslərin körpüdən qızıl tapıb-tapmadığı hələlik bəlli deyil. /APA/
 

Şəkidə 78 yaşlı rayon sakinini maşın vurub
Hafiz Heyder tarih 10.12.2007, 07:08 (UTC)
  Dekabrın 9-da axşam saatlarında Şəki şəhərinin mərkəzi küçələrindən birində yol-nəqliyyat hadisəsi baş verib. Şəki rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayon sakini Elşad Məmməd oğlu Musayev idarə etdiyi “Mercedes” markalı, 55 BH 659 dövlət nömrə nişanlı maşınla yolu keçmək istəyən piyada, 1929-cu il təvəllüdlü Məsudə Səmədbəy qızı Əhmədovanı vurub. Nəticədə 78 yaşlı zərərçəkən hadisə yerində keçinib. Faktla bağlı Şəki Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır. /APA/
 

<- Geri  1  2  3  4  5  6  7 Devam -> 
 
 
  Bugün 13 ziyaretçiXOŞ GƏLMİSİZ!  
 
www.apa.az Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol